özünümüdafiə silahı

Yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı

özünüməşğulluq
parklanma
OBASTAN VİKİ
Özünümüdafiə
Özünümüdafiə və ya Zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. == Fiziki == Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. === Silahsız === Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünü müdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. === Silahlı === Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Hücum silahı
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Nüvə silahı
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Raket silahı
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Çexovun silahı
Çexovun silahı (rus. Чеховское ружьё) — hekayədəki hər elementin zəruri olması və əlaqəsiz elementlərin çıxarılmasının lazım olduğunu ifadə edən dramatik prinsip. Bu elementlər pyesə "yalan vəddlər" vermək üçün daxil edilməməlidir. Bu prinsip Anton Çexov tərəfindən bir neçə dəfə məktublarında açıqlanmışdır: "Hekayə ilə əlaqəsi olmayan hər şeyi çıxardın. Birinci fəsildə "divarda bir tüfəng asıldığını" deyirsinizsə, ikinci və ya üçüncü fəsildə o mütləq işə düşməlidir. Atəş açılmayacaqsa, orada asılmamalıdır." "Atəş açılmayacaqsa, heç vaxt dolu bir tüfəngi səhnəyə yerləşdirməyin. Yerinə yetirə bilməyəcəyiniz vəddlər vermək səhvdir." Çexovun Aleksandr Semenoviç Lazarevə məktubu (A. S. Gruzinskinin təxəllüsü), 1 noyabr 1889. Burada "silah" Çexovun lazımsız və tamaşanın qalan hissəsi ilə əlaqəsiz hesab etdiyi monoloqdur. "Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın." Qurliyandın Reminiscences of A. P. Chekhov tədqiqatından Teatr i iskusstvo 1904, No.
Kütləvi qırğın silahı
Kütləvi qırğın silahı — Kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahlar aiddir. Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir. == Nüvə silahı == Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == Kimyəvi silah == Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Taktiki nüvə silahı
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS) — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi). == Tarixi == Əvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi.
Laçın özünümüdafiə batalyonu
Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonu — Qarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb. == Yaranması == 1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar.1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir. Laçın rayonundan Bakıya getmiş Laçın rayon partiya komitəsinin katibi Aydın Abbasovla Arif Paşayevin arasından isə Arif Paşayev Laçın özünümüdafiə batalyonunun komandiri seçilir.
Ağdam özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Azərbaycan silahı (film, 2010)
Azərbaycan silahı qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. Film tamaşaçını Azərbaycan istehsalı olan silahlarla tanış edir. == Məzmun == Film tamaşaçını Azərbaycan istehsalı olan silahlarla tanış edir.
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur.2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi).1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir. == İstinadlar == == Xarici keçidlər == Nuclear-Weapon-Free Zones Around the World site about NWFZs run by OPANAL, the organization which monitors the Treaty of Tlatelolco Oceans in the Nuclear Age:Nuclear-Free Zones from the Law of the Sea Institute at Boalt School of Law (University of California, Berkeley). Includes treaty texts.
Yaponiyanın nüvə silahı proqramı
Yaponiyanın nüvə silahı proqramı (日本の原子爆弾開発, Nihon no genshibakudan kaihatsu) — ilk dəfə İkinci dünya müharibəsi zamanı Yaponiya imperiyası tərəfindən həyata keçirilmiş nüvə silahı proqramına verilən ad. Almaniya nüvə silahı proqramı kimi Yaponiyanın da nüvə silahı proqramı müxtəlif problemlərlə üzləşmiş və Hiroşima ilə Naqasakinin 1945-ci ilin avqustunda ABŞ tərəfindən atom bombardmanına məruz qalmasından öncə laboratoriya mərhələsindən o tərəfə keçə bilməmişdir. Hal-hazırda Yaponiyanın nüvə enerjisi infrastrukturu Yaponiyaya nüvə silahları hazırlamağa imkan verir. Yaponiyanın qeyri-hərbiləşdirilməsi və ABŞ-nin nüvə qalxanı Yaponiyada nüvə silahlarının istehsalı ilə bağlı ciddi məhdudiyyətlər qoysa da, Şimali Koreyanın nüvə silahı sınaqları keçirməsi Yaponiyada bəzi siyasətçilərin və hərbçilərin bu siyasətdən imtina edilməsinə dəstək vermələrinə səbəb olmuşdur.1934-cü ildə Tokio Universitetinin professoru Hikoasaka Tadayoşi "atom fizikası nəzəriyyəsi"ni yayımlamışdır. Hikosaka bildirmişdi ki, atomun nüvəsi özündə böyük enerji saxlayır və bu enerjinin ayrılması məişətdə və silahların alınmasında istifadə oluna bilər. 1938-ci ilin dekabrından alman kimyaçılar Otto Han və Frits Ştrassman "Naturwissenschaften" jurnalına göndərdikləri əlyazmada uran elementinin neytronlarla bombardmanı zamanı barium elementinin müşahidə olunduğunu qeyd etmişdirlər. Onlar bu məlumatı Liza Meytnerə və xalası oğlu Otto Robert Frişə çatdırmışdırlar. Onlar bu hadisənin nüvə parçalanması olduğunu güman etmiştirler və 13 yanvar 1939-cu ildə Friş bunu təcrübi yolla təsdiqləmişdir. Bütün dünyadakı fizikaçıları dərhal zəncirvari nüvə reaksiyalarının həyata keçirilə biləcəyini anlamış və hökumətlərini nüvə silahlarının istehsalının mümkünlüyü barədə məlumatlandırmışdırlar. == Arxa plan == Yaponiyanın atom proqramında aparıcı şəxs Nils Borun yaxın həmkarı, Albert Eynşteynin müasiri Yoşio Nişina olmuşdur.
Beyləqan ərazi özünümüdafiə batalyonu
Beyləqan ərazi özünümüdafiə batalyonu (kiril qraf. Бејләган әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Beyləqan batalyonu — Qarabağ müharibəsində Beyləqan rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. == Yaranması == Beyləqan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olmasa da, həmin ərazilərə yaxınlığı ilə seçilir. Qarabağ münaqişəsinin ilk vaxtlarında XX əsrin 80-cı illərinin sonunda Beyləqan əhalisi, xüsusilə gənc nəsil könüllü qaydada döyüş bölgələrinə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam, Laçınlarına üz tutur, orada yerli əhalinin özünümüdafiə dəstələrinə yardım edirlər. 1991-ci ilin oktyabr ayından etibarən respublikada milli müdafiə batalyonlarının yaradılmasına başlanılır. O dövrdə ancaq Dağlıq Qarabağ və Ermənistanla sərhəd rayonlarda özünümüdafiə batalyonların yardılmasına icazə verilir. Bu səbəblə Beyləqan kimi münaqişə ocağından nisbətən aralı rayonda batalyonun yaradılmasına Müdafiə Nazirliyi əmr verməmişdi. Lakin rayon rəhbərliyi, hərbi komissarlıq, xüsusilə rayon gəncləri belə bir batalyonun yaradılmasını arzulayır.1991-ci ilin payızından etibarən Beyləqan əhalisi müdafiə məqsədilə lazımi hazırlıqlara başlayır, rayon ərazisində olan idarə, müəssisə və təşkilatlar yerli əhali ilə birlikdə batalyonların yaradılmasında iştirak edir, vəsait toplanır. 1991-ci ilin sonlarında Müdafiə Nazirliyinin nümayəndələri tez-tez Beyləqan rayonunda olur, rayon rəhbərliyi və hərbi komissarlığın nümayəndələri hər dəfə onlarla görüşdükdə rayonda könüllülərdən ibarət özünümüdafiə batalyonun yaradılması firkini irəli sürür və batalyon yaratmağa hazır olduqlarını bildirirlər. Həmin vaxtlarda rayon əhalisi 2 milyon 843 min manat pul toplamış və hərbi lavazimat əldə etmişdi.
Laçın ərazi özünümüdafiə batalyonu
Laçın ərazi özünümüdafiə batalyonu (kiril qraf. Лачын әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Laçın batalyonu — Qarabağ müharibəsində Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. De-yure 1 oktyabr 1991-ci il tarixindən 27 mart 1992-ci il tarixinə kimi mövcud olmuş batalyonun komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında birbaşa Müdafiə Nazirliyinə tabe olan 811 saylı Laçın əlahiddə dağ-atıcı alayı yaradılıb. == Yaranması == 1980-ci illərin sonlarından başlayaraq ermənilər Laçının kəndlərinə xırda hücumlar edib, yollara primitiv üsullarla hazırlanmış minalar basdırırdılar. Həmin vaxtlar rayon ərazisinin mühafizəsini təşkil edən Laçın rayon polisinin sayı yetərli olmadığından rayon rəhbərliyi Müdafiə Komitəsi yaradır. Müdafiə Komitəsinə rayon rəhbərliyinin göstərişi ilə inzibati bina, nəqliyyat və telefon vasitələri verilir. Beləliklə ilk Laçın könüllüləri polislə birgə sərhəd kəndlərdə yerləşən məntəqələrdə keşik çəkməyə başlayırlar.1991-ci ilin sentyabr ayının sonlarında milli ordunun yaranacağı ilə bağlı söz-söhbətlərin ardınca Bakıdan cəbhə zonasında yerləşən rayonlardan bir neçə nəfərin seçilib Bakıya göndərilməsi göstərişi gəlir. Bakıda hərbi şəxslər tərəfindən o şəxslərin arasından rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirilir. Laçın rayonundan Bakıya getmiş Laçın rayon partiya komitəsinin katibi Aydın Abbasovla Arif Paşayevin arasından isə Arif Paşayev Laçın özünümüdafiə batalyonunun komandiri seçilir.
Qubadlı ərazi özünümüdafiə batalyonu
Qubadlı ərazi özünümüdafiə batalyonu və ya qısaca Qubadlı batalyonu (kiril qraf. Губадлы баталјону) — Qarabağ müharibəsində Qubadlı rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu.
Tərtər ərazi özünümüdafiə batalyonu
Tərtər Ərazi Özünü Müdafiə Batalyonu — Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı. Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.11.1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandiri , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar. Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu,yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu. Batalyon iki döyüşçüsü : Batalyon komandiri Elman Hüseynov və Vəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülmüşdür. Batalyonun keçdiyi rəşadətli döyüş yolu haqqında 2017-ci ildə rejissor Nizami Abbasın rejissorluğu ilə "Batalyon" sənədli filmi çəkilmişdir.
Şuşa ərazi özünümüdafiə batalyonu
Şuşa ərazi özünümüdafiə batalyonu (kiril qraf. Şuşa әрази өзүнүмүдафиә баталјону) və ya qısaca Şuşa batalyonu — Qarabağ müharibəsində Şuşa rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu. == Yaranması == 816 nömrəli Şuşa batalyonu 19 noyabr 1991 yaranmışdır. Batalyonda müxtəlif zabitlərim var idi. Amil Əhmədov, Əvəz Məmmədov, Əvəz Nəsirov, Xudayar Mirzəyev, İlham Əşrəfov.
Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu
836 saylı Ağdam ərazi özünümüdafiə batalyonu, həmçinin Ağdam özünümüdafiə batalyonu və ya sadəcə Ağdam batalyonu — Azərbaycan milislərinin Ağdam şəhərindən olan bölməsi. 1991-ci ilin sentyabrında yaradılmışdır. Azərbaycanda yaradılan ilk ərazi özünümüdafiə batalyonudur. Mərkəzi Ağdam rayonunun Əlimədədli kəndi idi. Batalyonun ilk komandiri Allahverdi Bağırovdur (müavini Əkbər Rüstəmov olmuşdur), onu 1992-ci ilin yazından dekabrına qədər Yaqub Rzayev əvəz etmişdir. Batalyon ASQ-nin 708-ci briqadası kimi yenidən təşkil edilmiş, Goranboy əməliyyatında və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Axundov, Rizvan. Ağdamım canım qanım. Bakı: «Apostroff». 2015.
Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı
Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub. Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi. 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı. 14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu. Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.
авги́т иллюстри́ровать несоизмери́мо орт плутократи́зм торжеству́юще фюйть хромолитографи́ческий шурфова́ться всемогу́щий градиро́вка затра́чиваться муниципа́льный пита́тельный пляса́ться посре́дник busman family status formicary hendeca- primary structurist vi et armis подвязка ромбовидный трёхступенчатый